Xavyer: "Bu haqda danışmasam daha yaxşı olar"
"Bakı"nın futbolçusu Juniuor Vilson Xavyerin Sportal.az-a müsahibəsi
- “Qarabağ”la oyunda yenə qələbə qazana bilmədiniz...
- Biz rəqibin kim olduğunu yaxşı bilirdik və oyuna ciddi hazırlaşmışdıq. Çempionatın liderinə qarşı uğurlu taktika seçmişdik. Meydanda hamı əlindən gələni etdi. Bir xal da pis nəticə deyil.
- Sanki “Bakı” meydana elə bir xal üçün çıxmışdı...
- Fikrimcə, müdafiə oyunu oynadıq, amma bizim də qol epizodlarımız oldu. Belə epizodlardan birində qol vursam da, hakim oyundan kənra vəziyyətdə olduğumu qeyd etdi. Əgər hakim səhv etməsəydi, biz “Qarabağ”ı məğlub edib 3 xal qazanmışdıq. Bir daha təkrarlayıram ki, “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır və gözəl futbol oynayırlar.
- Klubun maddi problemləri var. Bu, sizin oyununuza nə dərəcədə təsir edir?
- Bu haqda danışmasam daha yaxşı olar. Mən peşəkar futbolçuyam, həmişə də meydanda əlimdən gələni etməyə çalışıram. Bu da mənim işimdir.
- İki gün sonra səfərdə “Qəbələ”nin qonağı olacaqsınız.
- “Qəbələ” son həftələrdə yaxşı nəticələr əldə edir, amma bu bizi çəkindirmir. Biz Qəbələyə 3 xal üçün gedirik. Rəqibə təslim olmaq fikrimiz yoxdur.
- Artıq komandanın avrokuboklara getmək şansınız demək olar ki, yoxdur...
- Çox az da olsa, şansımız var. Mövsümün başa çatmağına 3 tur qalıb, bu turlarda da əlimizdən gələni edəcəyik.
- “Bakı” ilə müqavilən nə yerdədir?
- Mövsümün sonunda başa çatır. Ancaq müqqaviləmi uzatmaq barəsində heç kim mənimlə görüşməyib.
- Başqa təkliflər almısan?
- Azərbaycan komandalarından yox. Lakin bəzi xarici ölkələrdən maraqlananlar var. Amma hələlik heç nə dəqiq deyil
saytlarin hazirlanmasi