"Neftçi" yenə cərimələndi

15:57 - 5 May 2014

"Qəbələ"nin futbolçusuna 1 oyunluq cəza
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az Premyer Liqanın 33-cu turu ilə bağlı alınan qərarları təqdim edir:
 
 Premyer Liqanın XXXIII turunun “Neftçi” – “Qəbələ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun 14 nömrəli futbolçusu Lorenzo Ebesilio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Oyun 90-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib.

Xəbər xətti