- Hazırda zədəm tam sağalmayıb və bir müddət müalicə görməliyəm. Əvvəlki oyunlarda iynə gücündə oyndığım üçün zədəm pis idi. Yəqin ki, “Sumqayıt”la oyunu buraxmalı olacam, çünki hazırda fərdi məşqlə kifayətlənirəm.
- Mən onunla tez-tez əlaqə saxlamıram, sonuncu dəfə ötən ay danışmışam. 2-3 aydan bir danışıram, bununda səbəbi həmyerli olmağımız və mənim onunla dostluq əlaqələrimin olmasıdır. Amma biz "Xəzər Lənkəran" haqqında heç nə danışmırıq.
- Son oyunlara diqqət yetirsək, Skarlatake meydanda çox aqressivdir...
- Yox, mən sizinlə razı deyiləm. Məncə, aqressiv deyiləm, sadəcə hirsliyəm. Bunun da səbəbi finala yüksələ bilməməyimizdir. Bu, bizə ağır zərbə oldu
- Dənizlinin getməyi ilə bağlı bizə heç nə deyilməyib, hazırda da bizim baş məşqçimiz Mustafa Dənizlidir. Uğursuzluğa gəldikdə isə, deyərdim ki, bəxtimiz gətirmədi. Baş məşqçilik bir şey yoxdur, o, böyük təcrübəyə malikdir.
- Bu məlumat tamamilə yalnışdır, illik gəlirim Azərbaycan çempionatına görədir, yəni o qədər vacib deyil.
- “Xəzər Lənkəran”ın bu mövsüm avrokuboklardan kənar qalması, növbəti mövsümə hazırlaşmaq üçün bir şans sayılar?
- Avrokuboklara getməməyimiz bizim üçün çox pis oldu. İndiki vəziyyətdə bizə bir şey qalır ki, toparlanıb növbəti mövsümə daha yaxşı hazırlaşaq.
- Sabah çempionatın autsayderi “Sumqayıt”la qarşılaşacaqsınız…
- Çempionatda qalan 3 tur bizim üçün şərəf oyunlarıdır, çalışmalıyıq ki, bu oyunlarda qələbə qazanaq. “Sumqayıt”a hazırda ölkə çempionatında qalmaq üçün xal lazımdır. Ona görə sabah bizi gərgin oyun gözləyir.