"Əməliyyat olunacağıma görə millinin siyahısında adım yoxdur"

14:06 - 6 May 2014

Aqil Məmmədov: "Qəbələ" və digər iki matçda qələbə qazanmalıyıq"
 
"Boğazımdan əməliyyat olunacam və  bu əməliyyatdan sonra mənə təxminən 20 gün qaçmaq olmaz. Ona görə də millinin ABŞ toplanışında iştirak edə bilməyəcəm. Əməliyyatın vaxtı isə hələ dəqiq deyil, ola bilsin ki, çempionat başa çatdıqdan sonra olsun".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın qapıçısı Aqil Məmmədov bildirib. O, sabah qarşılaşacaqları "Qəbələ" ilə oyuna da toxunub:
 
"Bizim üçün çox vacib oyundur. Biz sabah "Qəbələ"ni və qalan digər iki matçda qələbə qazanmalıyıq. Daha sonra isə "Neftçi"nin ölkə kubokunu qazanmasını gözləməliyik ki, avrokuboklara gedək. Şansımız çox azdır, amma sona qədər mübarizə aparacağıq".
 
Məmmədov klubdakı maliyyə problemlərinə də münasibət bildirib:
 
"Düzdür, bir az problemlər var. Amma klubdan deyiblər ki, yaxın 2-3 gündə həll olunacaq"

Xəbər xətti