Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunda "İnter"ə qalib (4:1) gələrək çempionluğu rəsmiləşdirdikləri oyundan sonra deyib.
Klub rəhbərliyinə təşəkkür edən gənc mütəxəssis bildirib ki, onlar komandanı yuxarı pillələrdə görmək üçün hər şey ediblər.
Q.Qurbanov bu mövsüm özləri üçün mükəmməl hesab edib:
"Bundan sonra daima bu yerlər uğrunda mübarizə aparmalıyıq. Heyətimizdə Rəşad Sadıqovdan başqa çempion olan futbolçumuz yoxdur. Bundan sonra Çempionlar Liqası haqqında düşünmək olar. Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib, gənc futbolçulara şans verəcəm. Bizim çempionat asan deyil. Daha çox istəkli idik, çox çalışırdıq, ona görə də çempion olduq”.