Asayiş keşikçiləri jurnalistlərə əngəl törədib
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "İnter" üzərində 4:1 hesablı qələbə qazanan "Qarabağ" çempionluğunu rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, oyun bitəndən sonra Ağdam təmsilçisinin azarkeşləri meydana axışıblar. Nəzarəti əldən verən polis işçiləri asayişi təmin etməkdə çətinlik çəkiblər və belə vəziyyətdə xoşagəlməz anlar yaşanıb. Polislər heç kimə və heç nəyə fərq qoymadan davranmağa başlayıblar. Nəticədə iş başında olan bəzi jurnalistlərin də fəaliyyətinə əngəl törədilib. Matç bitdikdən sonra "mixed zone"ya gələn polis işçiləri oradan da jurnalistləri uzaqlaşdırmağa çalışıblar. Jurnalistlər iş başında olduqlarını polislərə başa salmağa çalışsalar da, yenə çətinliklərlə üzləşiblər.
saytlarin hazirlanmasi