"Qarabağ"ın qolkiperi: "Bu çempionluq DÇ-2014-ə getməyimə kömək edəcək"

00:02 - 8 May 2014

İbrahim Sehiç: "Azakeşlərimizə təşəkkür edirəm"
 
"İnter"lə oyunla layiqli qələbə qazanıb çempion olduq. Karyeramda ən xoşbəxt anlarımı yaşayıram. Bu uğurun sirri komandada birlik, mehriban kollektivin olmasıdır. Bura mövsümün ortalarında gəldim, ancaq komandaya uyğunlaşmağım az vaxtımı aldı. Bu çempionluqda bütün hamının payı var, xüsusən də rəhbərlik, baş məşqçimizin. Qapıçılarla işləyən məşqçi Elxan Həsənova öz təşəkkürümü bildirirəm. İnşallah, avrokuboklarda da gözəl nəticələrə imza atacağıq. Sonda isə bizi heç vaxt tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm".
 
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Sehiç bildirib. O, Braziliyada keçiriləcək DÇ-2014-ə gedib-getməyəcəyinə də şərh verib:
 
"İlkin açıqlanan siyahıda adım yox idi, amma bu baş məşqçinin son qərarı deyil. O, mənə demişdi ki, yaxşı oyun göstərsən səni milliyə dəvət edəcəm. Fikrimcə, burda elə də pis çıxış etməmişəm. "Qarabağ"ın çempion olması da mənim DÇ-2014-ə getməyimə təsir edir və şansımı artırır".

Xəbər xətti