"Qarabağ" cərimələndi, AZAL və "Simurq"un futbolçuları cəzalandırıldı

12:53 - 9 May 2014

AZAL-ın futbolçusu üçün mövsüm başa çatdı
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda AFFA bayrağı altına keçirilmiş yarışlarda baş vermiş neqativ hallar müzakirə edilib, müvafiq cərimə və cəzalar açıqlanıb:

Premyer Liqanın XXXIV turunun “Qarabağ” - “İnter” matçının 75 və 80-ci dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 1000 manat cərimə edilib.
 
Premyer Liqanın XXXIV turunun “Xəzər Lənkəran” - “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.

Premyer Liqanın XXXIV turunun AZAL - “Neftçi” matçının 58-ci dəqiqəsində AZAL klubunun 26 №-li futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.

Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 5 №-li futbolçusu Murad Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə edilib.
 
Premyer Liqanın XXXIV turunun “Rəvan” - “Simurq” matçının 73-cü dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə edilib.

Xəbər xətti