- “Qəbələ” ilə oyun haqqında yalnız onu deyə bilərəm ki, rəqib halal qələbə qazandı. Məğlubiyyətin səbəbi haqda onu deyə bilərəm ki, 1-ci hissədə istədiyimiz oyunu göstərə bilmədik və rəqib də bundan istifadə edərək 2 dənə qol vurdu.
- Komanda oyun günü Qəbələyə yollandı. Bu sizdə yorğunluq yaratmadı?
- Yorğunluq çox az hiss olundu, amma oranın havasına öyrəşə bilmədik, ilk hissədə elə bil boğulurduq, amma ikinci hissə qismən öyrəşdik, onda da çox gec idi.
- Komandada maliyyə problemlərinin olduğunu hamı bilir, bəlkə məğlubiyyətin əsas səbəbi bu idi?
- Əgər biz oyunu çıxmışıqsa, bu barədə fikirləşməməliyik. Hər kəs öz adını düşünüb meydançada əlindən gələni etməlidir. Deyə bilmərəm ki, bu kiməsə təsir etməmişdi, kiminsə haqqında girmək istəmirəm.
- Oyundan öncə bəzi futbolçuların klubda qiyam qaldırmışdı..
- Bu problem hər bir klubda baş verə bilər. Rəhbərlik də bizdən səbr etməyimizi xahiş etdi. Oyundan qabaq iclas oldu və orada deyildi ki, yaxın zamanda bütün problemlər həll olunacaq.
- Artıq çempionatıbn başa çatmasına iki tur qalıb və bu oyunların sizin üçün bir əhəmiyyəti yoxdur..
- Elə deməzdim, əgər meydana çıxırqsa, bu oyunlarda məqsəd 3 xaldır. Düzdür, qalib gəlsək, nə avrokuboklara gedə bilirik, nə də ki çempion ola bilirik. Heç olmasa qalib gəlib mövsümü sevinərək bitirək.
- 21 yaşlılardan ibarət millimizin toplanışı olacaq. Özünü hazır sayırsan yığma komandada oynamağa?
- Əlbəttə, hazıram. Əgər dəvət alsam, çalışacam ki, əlimdən gələni edim millidə əsas heyətə düşüm və daimi yerimi qoruyum.
- “Bakı” ilə müqavilən nə yerdədir?
- Komanda ilə müqaviləm var, belə görünür ki, gələn ildə “Bakı”nın formasını geyinəcəm.