34-cü turun ən yaxşıları 4 komandadan seçildi

12:15 - 12 May 2014

Reynaldo yenə hamını qabaqladı
 
Azərbaycan Premyer Liqasında 34-cü turun ən yaxşı futbolçuları müəyyənləşib.

Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun rəmzi yığmasına aşağıda adları qeyd olunan futbolçular daxil olub:

Qapıçı – Səlahət Ağayev ("İnter")

Müdafiəçilər – Bruno Bertuççi ("Neftçi"), Rəşad Sadıqov ("Qarabağ"), Bədavi Hüseynov ("Qarabağ"), Maksim Medvedev ("Qarabağ")

Yarımmüdafiəçilər – Reynaldo Silva ("Qarabağ"), Derlis Meza Kolli ("İnter"), Marinaldo da Silva ("Qarabağ"), Sadio Tounkara ("Xəzər Lənkəran")

Hücumçular – Etame Mbilla ("Xəzər Lənkəran"), Baçana Sxadadze ("İnter").

Turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Silvadır.

 

Xəbər xətti