"Bürünc medalları kiməsə vermək fikrimiz yoxdur" MÜSAHİBƏ

12:52 - 12 May 2014

Subotiç: "Bu qol mənə növbəti oyunlarda kömək edəcək"
 
"Qəbələ"nin futbolçusu Daniel Subotiçin Sportal.az-a müsahibəsi:
 
-    Premyer Liqanın 34-cü turunda “Bakı” üzərində asan qələbə qazanaraq üçüncü pilləni ələ keçirdiniz...
-    Deməzdim ki, asan oyun oldu. Sadəcə biz daha yaxşı oynadıq. Biz lazım olan vaxtlarda qol vurduq, müdafiədə də diqqətli oynadıq və layiqli qələbə qazandıq.

 
-    Komanda son oyunlarda uğurlu nəticələrə imza atır. Bu uğurun sirri nədədir?
-    Heç bir sir yoxdur. Bizim çox güclü komandamız var, lakin qış fasiləsindən sonra gözlənilmədən “qara zolağ”a düşdük.  Bizə bir oyun lazım idi ki, özümüzə gələk. Kubokda “Xəzər Lənkəran” qalibiyyəti bizi sanki oyatdı və bu oyundan sonra reysə düşdük.  Hazırda yaxşı formadayıq və hər bir rəqibə qarşı istər səfərdə, istərsə də evdə layiqli mübarizə apara bilərik.

 
-    Uzun müddətdən sonra “Bakı” ilə oyunda qol orucunu pozdun…
-    Çoxdan idi ki, qol vura bilmirdim. İki həftə cəza səbəbindən forma geyinə bilmədim, qorxurdum ki, formadan düşüm. Nəhayət “Bakı” ilə oyunda fərqləndim, bu qol qarşıdakı iki çempionat və kubokun finalında əlavə motivasiya verəcək.

 
-    Hazırda qərarlaşdığınız 3-cü yeri sona qədər qoruya biləcəksiniz?
-    Onu əminliklə deyə bilərəm ki, sona qədər vuruşacağıq. Bizim bürünc medalları kiməsə vermək fikrimiz yoxdur.

 
-    Bu gün “İnter”lə səfərdə qarşılaşacaqsınız və aranızda baş tutan sonuncu oyunu “İnter” 4:0 hesabı ilə qazanmışdı..
-    Əvvəlki oyun hazırda heç bir əhəmiyyət daşımır. İndi bütün fikrimiz bu oyundadır, meydana 3 xal üçün çıxacağıq.
 
-    Kubokun finalında “Neftçi” ilə qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsən?
-    Azarkeşləri maraqlı qarşılaşma gözləyir. Hər iki komanda meydanda titul qazanmaq üçün vuruşur, amma sonda biri qalib olacaq və bu il kubok Qəbələyə gedəcək.

Xəbər xətti