"Lans"ın prezidenti Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumuna qatılıb
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans"ın prezidenti Jerve Martel Bakıdadı. O, Fransanın dövlət başçısı Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində ölkəmizə təşrif buyurub.
Sportinfo.Az-ın əldə etdiyi özəl məlumata görə, Martel Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumuna qatılıb. Klub prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə də görüşüb.
H. Məmmədovun "Lans"a sponsorluq etməsindən sonra ölkəmizə tez-tez gəlib gedən Martelə vətənində artıq Fransanın Azərbaycandakı ən fəal səfiri deyirlər.
Qeyd edək ki, 3 günlük səfər çərçivəsində Martel Ollandla birlikdə Ermənistan və Gürcüstana da gedəcək.
saytlarin hazirlanmasi