- Çox ağır oyun oldu, həm də hava çox isti idi. Belə oyunda bir xal da pis deyil. Bizim əsas məqsədimiz çempionatı üçüncü pillədə bitirməkdir və yaxşı da şansımız var. Komanda olaraq yaxşı mübarizə göstəririk. Nəzərə alın ki, komanda “qara zolağ”a düşmüşdü və həmin uğursuzluqdan çıxdıqdan sonra ilk xal itkimiz idi.
- Oyundan qabaq gümüş medalları qazanacağınıza ümidiniz var idi?
- Əlbəttə, kim istəməz ki, çempionatı daha yaxşı yerdə bitirsən. Amma onlar bizdən daha avantajlı idilər, çünki onlara ikinci yer üçün bir xal kifayət idi.
- “Qara zolaq”dan çıxmağınıza nə kömək etdi?
- Komandada bu mövsüm yeni futbolçular çoxdur. Həm Subotiç, həm Mendi, həm də mən öz oyunumuzu göstərə bilmirdik, zaman keçdikcə komandaya uyğunlaşdıq, bu şanssızlıq sona çatdı. İndi hər şey yaxşıdır. Biz istəyirik ki, mövsümü üçüncü pillədə və kubokla bitirək.
- “Neftçi”nin baş məşqçisi bildirmişdi ki, “Qəbələ”nin üçüncü pillədə yeri müvəqqətidir. Bu fikrə münasibətin necədir?
- Fikrimcə, onların işi daha çətindir, çünki son turda Zaqatala səfərinə yollanacaqlar. Ümid edirəm ki, “Neftçi” orda xal itirəcək. Bizim rəqibimiz isə “Sumqayıt”dır, “Sumqayıt” da son vaxtlar gözəl oyun nümayiş etdirir. Bu oyunda qalib gəlib “Neftçi”nin xal itirməyini gözləyəcəyik.
- Bu hadisə elə də vacib deyil, çünki bu arxada qaldı. Vacib oyun qazanmışdıq, “Neftçi” ilə kubokun finalında da qarşılaşacağıq. Bu futboldur, burada bəzən emosiyalarına sahib çıxa bilmirsən, lazımsız söz və hərəkətlər edirsən. Ola bilsin, mən həmin anda düzgün hərəkət etmədim. Bu futboldur, belə hadislərin olması gözəldir.
- Yox, bunu ilk dəfə sizdən eşidirəm. O hadisə ilə heç əlaqəsi yoxdur.
- Mövsümün sonunda bitir, amma bu barədə hələlik heç bir danışığımız olmayıb. Hamı kubokun finalında qələbəyə köklənib. Bu məsələ də kubokun finalından sonra öz həllini tapacaq.