"Sector 11"dən daha bir yenilik
Avrokuboklarda təmsilçilərimizi layiqincə dəstəkləyən "Sector 11" azarkeş qrupu yeni addım atıb.
Sportal.az xəbər verir ki, azarkeş qrupu yeni futzal komandası yaradır və bu komandanın adı da "Sector 11"dir. Komanda növbəti mövsümdən etibarən I Divizionda mübarizə aparacaq. Bu barədə fan klubun rəhbəri Atanur Cəfərli saytımıza açıqlamasında məlumat verib:
"SECTOR 11" azad azarkeş qrupuna futzal komandası yaradırıq. Gələn mövsümdən etibarən Azərbaycan futzal federasiyasının 1-ci liqasından çempionata qoşulacağıq. Bir azarkeş qrupu kimi qərara gəldik ki heyətimizdə çıxış edən oyunçularda azarkeşlərdən ibarət olsun. Öz oyununa güvənən 16 yaşdan yuxarı hərkəsi komandaya baxışa dəvət edirik"
saytlarin hazirlanmasi