Gözəl "İlin ixracatçısı" nominasiyasında fərqləndirilib
Bakıda Böyük Britaniyanın “The Business Year: Azerbaijan - 2014” nəşrinin təqdimat mərasimi keçirilib.
Sportinfo.az-ın verdiyi məlumata görə, təqdimat Azərbaycan Prezident Administrasiyasının və “The Buisness Year” jurnalının təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, “The Buisness Year” jurnalının regional direktoru Betül Çakaloğlu, energetika naziri Natiq Əliyev, deputatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Jurnalın bu nəşrində Azərbaycan prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və digər nüfuzlu şəxslərin müsahibələri yer alıb.
Mükafatlar nəşrin təqdimatı zamanı təqdim olunub. Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov Azərbaycanın milli maraqlarının təbliğinə görə “Vətənpərvərlik” mükafatı təqdim edilib. Daha sonra “İlin beynəlxalq dialoqu” mükafatı Avropa Azərbaycan Cəmiyyətinə təqdim olunub.
Mükafat cəmiyyətin sədri, «Qəbələ»nin prezidenti Tale Heydərova təqdim olunub. “Azərsun Holdinq” və «Qarabağ»ın sahibi Abdulbarı Gözəl “İlin ixracatçısı” nominasiyasında fərqləndirilib. Tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və «Bakı»nın fəxri prezidenti Anar Məmmədov da iştirak edib.
saytlarin hazirlanmasi