"İnter"də gərginlik: Sxadadze Cahangir Hacıyevə şikayət etdi ÖZƏL

17:13 - 15 May 2014

Bu dəfə gürcü mütəxəssisin sözü keçmədi

 

Son illər “İnter”in sabit futbol namayiş etdirməsi və mütəmadi olaraq Avroliqaya vəsiqə qazanması Kaxaber Sxadadzenin klub daxilində nüfuzunu xeyli artırıb. Bunun nəticəsi kimi, Sxadadze bilavasitə “İnter”in sahibi Cahangir Hacıyevlə ünsiyyətdə olur və bir çox məsələlərin həllinə nail olur.

 

Lakin Natiq Məmmədovun kluba idman direktoru təyin olunmasından sonra deyəsən, Kaxanın xoşbəxt günləri sona çatmaq üzrədir. Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Sxadadze ilə Məmmədovun ulduzları heç cür barışmır.

 

Məsələ ondadır ki,  hər iki şəxs çətin xasiyyətli insan kimi tanınır. Elə problemin kökündə də “iki qoçun başının bir qazanda qaynamaması” olub. Natiq Məmmədov Sxadadzenin iş otağına gəlib. Ayaqlarını stolun üstünə qoyan Kaxa isə onun gəlməsinə əhəmiyyət verməyib. Bunu özünə qarşı hörmətszilik kimi qəbul edən Məmmədovlun Sxadadze ilə mübahisə yaşanıb. Tərəfləri sakitləşdirə bilsələr də, Kaxa bu durumdan məmnun qalmayıb.

 

Kaxaber Sxadadze Natiq Məmmədovun klubdan uzaqlaşdırlması üçün “İnter”in sahibi Cahangir Hacıyevə müraciət edib. Lakin bu dəfə gürcü mütəxəssisin sözü keçməyib. 

Xəbər xətti