Mustafa Dənizli rəsmən "Xəzər Lənkəran"dan getdi

13:45 - 16 May 2014

 Türk baş məşqçi ilə yollar ayrıldı
 
Bu gün "Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimov və baş məşqçi Mustafa Dənizli arasında görüş keçirildi.
 
Sportal.az xəbər verir ki, görüşdə komandanın durumu barədə müzakirələr aparıldı və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırıldı.

"Xəzər Lənkəran" Futbol Klubu Mustafa Dənizliyə klubda çalışdığı müddətdə etdiyi xidmətlərə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır!

Xəbər xətti