Dənizli istefa xəbərini yalanladı: "Komandanın başındayam"

20:33 - 16 May 2014

"Hər şey növbəti həftə dəqiqləşəcək"
 
Bu gün "Xəzər Lənkəran" rəsmi saytı baş məşqçi Mustafa Dənizli ilə yollarını ayırdığı xəbərini vermişdi.
 
Sportal.az xəbər verir ki, DənizliTürkiyə mətbuatına veridyi açıqlamada bu xəbəri təkzib edib:
 
"Xəzər Lənkəran"dan istefa etməmişəm, indi də komandanın başındayam. Klub prezidenti ilə gələcək planlarda fərqli fikirlərə malik olmağımız doğru xəbərdir.  Amma bu görüş istefa ilə nəticələnməyib.
 
Hazırda İstanbula gəldim,  növbəti həftə yenidən Azərbaycana qayıdacam və klub prezidenti ilə yenidən görüşəcəm. Hər şey o zaman dəqiqləşəcək. Klub prezidenti ilə ayrı fikirlərə sahib olmağımız təbii bir şeydir".

Xəbər xətti