Güvənc Kurtar yenə də narazıdır : "Oyunun taleyini hakim dəyişdi"

21:58 - 17 May 2014

"Bundan sonra oyun barəsində heç nə danışmaq istəmirəm"
 
Premyer Liqanın 36-cı turunda "Rəvan" səfərdə "Bakı"nı 3:2 hesabı ilə məğlub etdi.
 
Sportal.az xəbər verir ki, "Bakı" məğlubiyyətindən sonra "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar oyuna şərh verib:
 
"Çox vacib oyuna çıxdıq, rəqibin kimliyindən asılı olmayaraq, mütləq qalib gəlməli idik. Təəssüf ki, ilk hissənin ortalarında qapımızdan qol buraxdıq. Rəqib futbolçu bizim oyunçuya qarşı kobud oynadı, hakim birbaşa qırmızı vərəqə ilə cəzalandırmalı idi, lakin heç nə vermədi. Bundan sonra oyun barəsində heç nə danışmaq istəmirəm. Oyunun taleyini hakim dəyişdi"

Xəbər xətti