"Bərabərlik də pis nəticə deyil"

22:22 - 17 May 2014

"Lakin imkanlardan faydalana bilmədik"
 
Premyer Liqanın 36-cı turunun Zaqatalada keçirilən “Simurq” – “Neftçi” oyunuda qapılara qol vurulmadı – 0:0.
 
Sportal.az məşqçilərin fikirlərini təqdim edir:

Bəxtiyar Musayev, “Neftçi” klubunun məşqçisi: “Meydanda əsl mübarizə getdi. Hər iki komanda qələbə qazana bilərdi. Oyunu azlıqda başa vursaq da, məğlub olmadıq. Komandadan müəyyən qədər razıyıq, futbolçular əzmkarlıq göstərdilər. Bir sıra futbolçular heyətdə yox idi, bərabərlik də pis nəticə deyil”.

Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Mövsümün son oyununda qalib gəlmək istəyirdik. Oyun ağır keçdi. Rəqib azlıqda qalsa da, gərgin mübarizə oldu. Hər iki komandanın qol imkanları var idi, lakin imkanlardan faydalana bilmədik. Bu mövsüm bizimlə işləyən futbolçulara, azarkeşlərimizə təşəkür edirəm”.

 

Xəbər xətti