Syomin rəhbərliyin dəstəyindən, Məmmədov məğlubiyyətdən danışdı

22:34 - 17 May 2014

"Qələbə yaxşı heç-heçədən daha uğurlu nəticədir"
 
Premyer Liqanın 36-cı turunda doğma meydanda “Sumqayıt”ı 3-1 hesabı ilə məğlub edən “Qəbələ” mövsümü bürünc medallarla başa vurdu. Oyundan sonra hər iki komandanın baş məşqçisi düşüncələrini bölüşüb.


Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Bütün komandanı və klub üzvlərini qazanılan uğur münasibəti ilə təbrik edirəm.Rəhbərlik bizi pis vaxtlarımızda da, yaxşı çıxış edəndə də dəstəklədi. İsti hava şəraitində gərgin oyun keçdi. Qələbə yaxşı heç-heçədən daha uğurlu nəticədir”.

Aqil Məmmədov, "Sumqayıt"ın baş məşqçisi:  “Qəbələ” klubunu üçüncü yeri tutması münasibəti ilə təbrik edirəm. Bugünkü oyundalayiqli qələbə qazandılar. Maraqlı oyun oldu. Komanda qələbə qazanmaq və Premyer Liqada qalmaq üçün əlindən gələni etdi.Məğlub olmağımıza baxmayaraq, elitada yerimizi qoruya bildik. Komandaya təşəkkürümü bildirirəm. Azarkeşlərimizi daha da yaxşı oyunla sevindirməyə çalışacağıq”.

Xəbər xətti