Kardioloqlar üçün pis xəbər YAZI

00:18 - 19 May 2014

Bizim babalar ingilislərin babalarından çox bilirdi. Yenə bizimkilər deyən düz çıxdı.Onlar “Hər anın bir hökmü var”- deyəndə indiki ingilislərin babaları heç futbolu icad eləməmişdilər. Düzdü, sonra nə fikirləşdilərsə, futbolu bütün dünyaya bəxş elədilər.

Ucsuz-bucaqsız dünyanın bir könüldən min könülə vurulduğu futbol bizim tərəflərə dəgəldi və 10 il öncə “Xəzər Lənkəran” yarandı. Bu 10 ildə klub qızıl medal da boynundanasıb, gümüş də qazanıb, kuboku da başının üzərinə qaldırıb. Rekord da vurub,  oqədər baş məşqçini öz başından edib ki, rəqəmləri üst-üstə yığında elə rekorda yaxınbir şey alınır.

“Xəzər Lənkəran” bir daha sübut elədi ki, bizim babalar ingilislərin babalarından çox bilirlər. Bu klubda indi sözün lap elə əsl mənasında həranın bir hökmü var, gündəm elə sürətlə dəyişir ki, Nildo nədi, “Asta qaçan namərddir” deyib dünyanı təəccübləndirən Hüseyn Bolt da bu sürətə çata bilmir. Ayda bir qələbə qazanan, 17 tamaşaçısı, 2 fanatı qalan “ağ-yaşıl” klubdan xəbərlər sel kimi gəlir, bilmirsən ki, hansına inanasan. Səhər komandanı məşqə Oğuz Çətin çıxarır, günorta baş məşqçi Mustafa Dənizli “Hilton”da mətbuat konfransı keçirir. Əli qələm tutanların əlinə fakt verir,deyir ki, mənə də Mustafa deyərlər, nə istefa-filan? Yeni mövsüm üçün planlarını açıqlayır, fəxri prezidentdən təyyarə ala bilməyən Mustafa hoca bir uçaq yerli futbolçunu komandasında görmək istədiyini deyir.

 Təyyarə məsələsi bilmirəm hardan gəlib düşdü bu yazının içinə? Mustafa Dənizli “Hilton”dan dönən kimi, yol yorğunluğu canından çıxmamış təyyarəyə minib Türkiyəyə qayıdır. Məlum olur ki, klub prezidenti onunla sərt danışıb, deyib bizə o qədər para xərclətdin, amma və lakin mövsümün sonunda kubokun parasını-yəni yarısını da bizə göstərmədin. Prezident adlı-sanlı türkiyəli məşqçiyə qapını göstərib, jestindən də belə başa düşülübki, Dənizlini baş məşqçi kimi görmək istəmir.
 
Klubla bağlı xəbərlər bununla bitmir ki... Mustafa Dənizli kömür mədənindəki böyük faciədən sonra üzü qapqara qaralan Türkiyəyə dönüncə mediaya açıqlama verir və deyir ki, şu anda Lənkəranda olmasam da, “Xəzər Lənkəran”da görəvimin başındayam. İstefanı unudun, Mustafanı düşünün yəni...

Hocanın açıqlamasını incələməyə macal tapmamış “gəmiçilər”dən təptəzə xəbər gəlir. Deyirlər ki, komandanın oyunçuları Oğuz Çətinə əmanət olunub,çünki çətin işin öhdəsindən Çətin gələr. Bir anın içində yenə gündəm dəyişir,klubla ilgili başqa xəbər eşidirsən. Guya Mirça Rednik gəlir, təbii ki, piyada yox, uçaqla. Sadəcə, hazırda Rumıniyada havalar isti olduğundan yolüstü marketə girib ki, sərin su alsın. Marketdə çalışanlar qaraçılıqların asalmasalar, Mirça hava limanına tez çatacaq. Təyyarəyə minəndən sonra uçmağa nə var ki...

Təyyarə bu yazıdan bilmirəm niyə əl çəkmir də... Ona görə də təyyarəni birkənara qoyub keçirəm başqa məsələyə. Klubla bağlı xəbər bitmək bilmir ki.Eşitmişəm Lənkərandakı kardioloqlar ağ xələtlərini geyinib “ağ yaşıllar”ın baş ofisinə yürüş etmək istəyirlər. Guya Dənizlinin istefası xəbərindən sonra ürəkləri yaman ağrımağa başlayıb. Mustafa hocanın zamanında “Fırtınalar meydanı”ndan çıxan azarkeşlər dərhal ürək həkimlərinə müraciət edirdi,xəstələrin upuzun növbəsi yaranırdı. Dənizli getsə, sel kimi axan pulun qabağı kəsiləcək. Kardioloqların uşaqları uşaq deyil, onlara bahalı telefon,yaxşı geyim-keçim lazım deyil? Dostum Səxavət and içir ki, Dənizli gələndən kardioloqlara xərclədiyim pulu özümdə saxlasaydım, bu gün mənim də Fransa çempionatında top qovan klubum var idi.

Ürək həkimləri klubun üstünə yaman düşüblər. Tələbləri də budur ki, Mustafa hoca öz vəzifəsinə bərpa edilsin. Mən biləni “Xəzər Lənkəran”ın verəcəyi cavab kardioloqlar üçün pis xəbər olacaq.    
Amma vəziyyət əksinə dəyişə də bilər. Hər anın öz hökmü var... Babalarımız deyib axı.

Etibar Cəbrayıloğlu
 “Het-trik news” 

Xəbər xətti