Adı saxtakarlıqla hallanan futbolçu Sportal.az-a danışdı: "10 dənə də qol vura bilərəm"

14:04 - 19 May 2014

"Hətta bir neçə epizodda topu qapıya göndərə bilmədim"
 
I Divizionun son turunda 5 qol vuraraq "Karvan"ın futbolçusu Əli Bağırov David Janalidzeni qabaqlayaraq mövsümün bombardiri oldu. Bir oyunda 5 qol vuran futbolçu mətbuatda şübhə yaratdı ki, o qolları saxtakarlıqla vurub. Futbolçu isə bu məqama Sportal.az-a açıqlamasında aydınlıq gətirdi:
 
"Saxtakarlıqdan söhbət belə gedə bilməz. Oyunda mən 10 dənə də qol vura bilərəm, hətta bir neçə epizodda topu qapıya göndərə bilmədim. Bir oyunda çox qol vuran futbolçu saxtakar olur? Komanda yoldaşlarım da çalışırdılar ki, mən bombardir olum. Mənim də hədəfim bu idi, şükürlər olsun, hədəfimə çatdım. Çox istəyirdim, I Divizionun bombardiri olum.
 
Vaxtı ilə Premyer Liqada oynamışam, indi də əsas hədəfim yenidən ora qayıtmaqdır. I Diviziondan bəzi təkliflər var, amma Premyer Liqa klublarından heç bir təklif yoxdur".

Xəbər xətti