AZAL - “İnter” matçının 87-ci dəqiqəsində “İnter”in azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” - “Qarabağ” matçının 52 və 67-ci dəqiqələrində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” - “Bakı” matçının 45+1-ci dəqiqəsində Rəvanın məşqçisi Gündüz Hindal texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qəbələ” - “Sumqayıt” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Yuri Syomin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Simurq” - “Neftçi” matçının 45+1-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Yunuszadə aqressiv hərəkətə görə 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidova aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı kobud oynamadığı və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Neftçinin futbolçusu Mirhüseyn Seyidova göstərilmiş qırmızı vərəqəni ləğv edib.
Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.