"Qarabağ"ım heyətində 3-cü bombardir
Premyer Liqanın başa çatması ilə mövsümün ən yaxşı bombardirinin adı rəsmiləşib.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın braziliyalı legioneri Reynaldo Silva 22 qolla hamını qabaqlayıb. O, Samir Musayev və Georgi Adamiyadan sonra “Qarabağ”ın heyətində bombardir tituluna yiyələnən 3-cü futbolçu olu.
Azərbaycanda bunu bacaran ilk braziliyalı kimi tarixə düşən Reynaldo 7-ci legionerdir ki, çempionatın bombardiri olub. Ardıcıl 4-cü dəfə əcnəbilərin qazandığı titula 3-cü dəfə cənubi amerikalı sahib çıxır. Uruqvaylı Valter Quqlemon və çilili Nikolas Kanales də buna nail olmuşdu.
saytlarin hazirlanmasi