"Ayın 22 də "Neftçi" və "Qəbələ" kubokun finalında üz-üzə gələcək. Mənim həm kikboksda, həm də «Neftçi»də kubok və medallarım hədsizdi. Hər hansı idmançının xəyal edə biləcəyi həddədi. Bu gün yenə o kuboku istəyirəm və buna nail ola biləcəyimizə əminəm. Amma bu, bəzi insanları narahat etməsin.
Çünki məqsədim nə pul, nə də ki, vəzifədi. Məqsəd bundan 100 il sonra da azarkeşlərimizin qürurlana biləcəyi naliyyətlərimizin üstunə bir də bir Azərbaycan kuboku əlavə etməkdi. Qorxmayın, sizlə bir işimiz yox. Nə də yerinizə göz dikmişik. istədiyimiz "Neftçi"ni sevənləri sevindirməkdi".