Syomin: "Bu o demək deyil ki, biz hansısa futbolçulara görə nəticə çıxardırıq" VİDEO

19:51 - 21 May 2014

"Şübhəsiz ki, bu mənim karyeramda uğurdur"
 
Sabah kubokun finalında "Qəbələ" "Neftçi" ilə matça çıxacaq.
 
Sportal.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Yuri Syomin jurnalistlərin suallarını cavablandırıb:
 
-    Çox vacib oyundur. İstərdik ki, çoxlu azarkeşlər olsun. Nə qədər çox azarkeş olsa, hər iki komanda daha yaxşı olacaq. Mən və futbolçularım əlimizdən gələni edəcək ki, komandam qalib gələcək.

-    "Neftçi" ilə oyun öncəsi heyətdə nə kimi problemlər var?
-    Əvvəlcədən bilinirdi ki, Elnur Allahverdiyev və Ürfan Abbasov cəzalıdırlar. Qalan bütün futbolçular sabahkı oyuna hazırdır.

-    “Qəbələ” tarixinin ən yaxşı nəticəsini qazanıb. Bu, Syominin karyerasında uğur sayıla bilər?
-    Şübhəsiz ki, bu mənim karyeramda uğurdur. Baş məşqçinin karyerasında medal və kubok xüsusi rol oynayır.  Bu, mənim həyatında böyük rol oynayır.

-    “Neftçi”nin sağ cinahında iki əsas futbolçu yoxdur. Bu, sizə kömək edəcək?
-    Araz Abdullayev Azərbaycanın vqacib oyunçularından biridir. Bu o demək deyil ki, biz hansısa futbolçulara görə nəticə çıxardacağıq, biz bütün komandaya görə təhlil edirik.

-    Syominin “Spartak”a keçməsi nə qədər realdır. Syomin getsə, Marat İzmayılov da gedəcək?
-    Sual sabahki oyuna aid deyil. Əsas məsələ sabahkı oyundur.

Xəbər xətti