Böyükağa Hacıyev: "Məni məcbur etməsinlər ki, açım sandığı, töküm pambığı" VİDEO

00:10 - 22 May 2014

"Neftçi"də psixoloji baxımdan heç bir problem ola bilməz"
 
Sabah ölkə kubokunun finalında “Neftçi” “Qəbələ” üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, oyundan öncə keçirilmiş mətbuat konfransında Böyükağa Hacıyev oyun haqda fikirlərini bildirib:

“Biz çalışacağıq ki, kubokun finalında futbolsevərlərə bayram yaşadaq. Rəqibimiz “Qəbələ”dir və komandaya Rusiya və Ukrayna futbolunu yaxından tanıyan Syomin başçılıq edir. O da unutmasın ki, rəqibi “Neftçi”dir.

Çempionatda 2-ci yeri tutdun, ya da 10-cu. Mənim üçün heç bir fərqi yoxdur. Mənim üçün iki nəticə uğurlu sayıla bilər: Çempionat və kubok. Biz də uzun yol qət edərək kubokun finalına yüksəlmişik. “Qəbələ”də zəif komanda deyil, əgər zəif olsaydı, finala gəlib çıxmazdı.

Futbolda əvəz olunmayan futbolçu yoxdur. Mahirin yerinə Məqsəd oynayıb, o da Mahirin yoxluğunu hiss etdirməyib və ya Samir Məsimov Araz Abdullayevin yoxluğunu hiss etdirməyib. Bizdə təcrübəli futbolçuları əvəz edə biləcək gənclər var, onlara da bir az vaxt lazımdır”.

“Zaqatalaya getmədik, biz əsas heyətlə bu oyuna hazırlaşdıq və siz də sabah bunun nəticəsini görəcəksiniz.
 
Komandada psixoloji cəhətdən oyuna hazırdır? sualını baş məşqçi belə cavablandırdı.

“Bu gün “Neftçi”də təcrübəli futbolçular var və psixoloji cəhətdən heç bir problem ola bilməz. Bizdə qarşılıqlı hörmət və səmimiyyət var. Biz Avroliqada oynayarkən biz də psixoloji baryer olmadı, indi də ola bilməz".
 
Hacıyev bəzi məşqiçilərə də öz mesajlarını yolladı:

“O məşqçilər ki iradlarını bildirmişdilər, Milanda dedilər ki, sən tarix yazmısan. Mən Azərabycan futbolunun tarixi yazmaq üçün hələ tezdir. Mənə irad bildirən məşqçilər nəyə nail olduqlarını danışsınlar mən də qulaq asım. Başa düşmürəm, yəqin bu məşqçilərin savadı çatmır. Məni ancaq nəticəsi məndən yuxarıdan olanlar müzakirə edə bilər. Azərbaycanlı məşqçilər bir-birlərini sevmirlər və ona görə də xaricilər gəlib buradan milyonlar aparıb.
Nazim Süleymanov futbolçu kimi əfsanə olub, amma baş məşqçi kimi bur uğuru yoxdur.  Şahin Diniyev neçə il millidə işlədi, mən ona daş atmadım. Səhvim bu olub. Onun dövründə millidə 3 dənə 118 yaşlı  futbolçular olub. Bunun harası gəncləşdirməyiblər. Məni məcbur etməsinlər, sirrləri açım. Açaram sandığı, tökərəm pambığı. Mən neyniyim ki, Kərim Diniyev rəqabətə tab gətirmədi. Bəlkə Diniyevdən bir futbolçunun xahişini etmişəm, yox, heç etmərəm də.  Qurban Qurbanovun çempion olmasına sevinirəm, çünki yerlidir, həm də gənc".

Xəbər xətti