Mario Souza Sportal.az-a danışdı: "Xəzər Lənkəran" üçün pulsuz da çalışaram"

17:50 - 22 May 2014

"Bu xəbərlərin hamısı yalandır"
 
Bu gün mətbuatda "Xəzər Lənkəran"ın seleksiya məşqçisi Mario Souzanın komandadan ayrıldığı haqda xəbərlər yayılıb.
 
Souza bu məsələyə Sportal.az-a açıqlamasında aydınlıq gətirdi:
 
"Bu xəbərlərin hamısı yalandır. "Xəzər Lənkəran"dakı işim əvvəlki kimi davam edir, ora mənim ikinci evimdir. Son zamanlar çox adamlar "Xəzər lənkəran" haqda çox söz deyir, amma bunlar gerçək deyil.  Hətta komanda üçün pulsuz və zövqlə də çalışaram"

Xəbər xətti