"Qəbələ"nin futbolçusu: "Neftçi"nin futbolçuları ancaq arxadan top çıxarmaqla məşğul idilər"

00:43 - 23 May 2014

"Onlar qorxaq futbol oynadı"
 
"Mənim fikrimcə, "Neftçi" çempionluğa layiq deyildi. Hücum edən komanda biz idik, "Neftçi" isə sadəcə qorxaq futbol oynayırdı, ancaq müdafiədə oynayırdı. Qələbəyə layiq olan biz idik. Biz qol vurduqdan sonra onlar arxadan top çıxarmaqla məşğul idilər, bir hücumları da olmadı. Sadəcə penaltilər loterayadı, və biz oyunda yox, bunda məğlub olduq".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadə bildirib. O, geridə qalan mövsümü də dəyərləndirdi:
 
"Qəbələ" tarixində ilk dəfə kubokun finalına çıxdı və çempionatda üçüncü oldu. Fikrimcə, bu uğurlu nəticədir. Bu nəticənin davamı da gələcək. İndidən sonra əsas fikrimiz Avroliqaya yönələcək. Qarşıdakı vaxtdan kifayət qədər yararlı istifadə edib Avroliqaya hazırlaşmalıyıq".
 
Qeyd edək ki, Tağızadə oyundan sonra göz yaşlarına sahib çıxa bilmədi və özünü ağlayaraq sakitləşdirirdi.

Xəbər xətti