Syomin: "İstirahət etməyə ehtiyacım var"
"Qəbələ" baş məşqçi Yuri Syominlə yollarını ayırdı.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar Azərbaycan Kubokunun Final matçının ardından rusiyalı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən görüş zamanı qəbul olunub. Görüş zamanı "Qəbələ" ilə Syomin arasında müqavilənin uzadılması məsələsi müzakirə edilib. Öncəki görüşlər zamanı "Qəbələ"də qalıb qalmayacağını final matçından sonra qətiləşdirəcəyini deyən Syomin son toplantıda komandadan ayrılmaq istədiyini bildirib. Rusiyalı mütəxəssis qərarını belə açıqlayıb:
"Doğurdan da, çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və Avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. "Qəbələ"yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram".
"Qəbələ" İdman Klubu Yuri Syominə 2013-2014 mövsümündə komandadakı uğurlu fəliyyətinə görə təşəkkür edir, ona gələcək həyatında uğurlar arzulayır. Qeyd edək ki, komanda 9 illik tarixində Avropa miqyaslı yarışlara məhz Y.Syominin rəhbərliyi altında vəsiqə qazanıb.
saytlarin hazirlanmasi