Mirhüseyn Seyidov: "Saşa yenə də soyyuqanlı çıxışı ilə seçildi"
"Əgər çempionatı nəzərə alsaq, komanda zəif çıxış etdi. Çox oyunlarda xal itirdik nəticədə çempionatı 4-cü yerdə başa vurduq. “Neftçi” kimi tarixi olan komandanın mövsümü titulsuz vurması ilə barışa bilməzdik. Ölkə kubokunu əldən versəydik, bunu özümə bağışlaya bılməzdim. Düzdü, “Qəbələ” komanadası da sona qədər mübarizə apardı. Onlar da kuboku qazanmaq üçün çox çalışdılar. Penaltilər seriyasında daha dəqiq oynayıb nəticədə biz qalib gəldik. Sözsüz ki, bu məqamlarda hər şey qapıçıdan asılıdır. Saşa yenə də soyyuqanlı çıxışı ilə seçildi. Kamran da çox güclü qapıçıdır və o da əlindən gələni etdi. Lakin rəqib futbolçuların qeyri-dəqiq zərbələri sonda bizim xeyrimizə oldu. Ardıcıl ikinci dəfədir ki, penaltilərlə kuboka sahib oluruq".
Bu sözləri Sportal.az-a açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov bildirib.
“Neftçi”nin gənc yarımmüdafiəçisi elitaya yeni vəsqə qazanmış “Araz Naxçıvan”a transeri ilə bağlı fikirlərini açıqlayıb:
"Neftçi" ilə bir illik müqaviləm var. “Araz Naxçıvan”a keçidimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Klub rəhbərliyi də komandada qalmağımı istəyir. “Neftçi” mənə doğmadır və qarşıda Avroliqa oyunları var. Ona görə də indi mən başqa komandaya transfer olmağımı deyil, “Neftçi”nin qitəmiqyaslı yarışdı çıxışını düşünürəm”.
saytlarin hazirlanmasi