Komandaya kim rəhbərlik edəcək?
"Xəzər Lənkəran" baş məşqçi postuna kimin gətirləcəyi məlum olub.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, komandanın yeni baş məşqçisi ruminiyalı Mirça Rednik olacaq. Sabiq çalışdırıcı Mustafa Dənizli istefa verməsinə baxmayaraq komandanı tərk etməyəcək. Belə ki, onun yeni vəzifəsi "Xəzər Lənkəran"ın idman direktoru olacaq. Onun köməkçisi Oğuz Çətin də cənub klubunda qalacaq. O, seleksiyaçı kimi fəaliyyət göstərəcək. Bu məsələnin təsdiqlənməsi qalıb ki, bunu da qısa müddət ərzində klubun fəxri prezidenti Mübariz Mənsimov təsdiqləyəcək.
saytlarin hazirlanmasi