Nebo Azərbaycandan gedir
Az öncə, "Neftçi"nin qapıçı hazırlığı üzrə məşqçisi Neboyşa Manoyloviç Draqanla yollarını ayırdığını bildirmişdik.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məşqçinin komandadan nə səbəbə ayrılmasına Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Biz Nebonun işindən razı idik. Məşqçi ilə müqavilənin müddəti bitib və biz onunla yeni müqavilə bağlamaq istəyirdik. Lakin Nebo bunu istəmədi, səbəb olaraq isə, ailəsinin yanında olmasını və vətəninə geri dönmək istədiyini dilə gətirdi. Beləliklə, o, məşqçilik karyerasını öz ölkəsində davam etdirməyi qərara alıb".
saytlarin hazirlanmasi