- Sabahkı oyuna hazırlıqlar necə gedir?
- Hər şey qaydasındadır, futbolçular ürəklə məşq edir, məşqlər yaxşı keçirilir, komanda oyuna tam hazırdır.
- DÇ-2014-ün iştirakçısı ABŞ-la qarşılaşacaqsınız..
- Belə oyunların bizə çox köməyi var. Həm təcrübə qazanırıq, həm də AÇ-2016-ın seçmə mərhələsinə hazırlaşırıq. Rəqibin belə səviyyəli olması bizdə əlavə əhval-ruhiyyə yaradır.
- 21 yaşlılardan ibarət milli komandada forma geyinmisən və ilk dəfədir ki, əsas komandaya dəvət aldın.
- Milli komandada oynamağı çox istəyirdim və burda olmağın özü həmişə gözəl bir hissdir. Həm də burada məsuliyyəti daha da çoxdur, çünki əsas millinin adını daşıyırsan. Çalışacam ki, əlimdən gələni edim ki, layiqli oyun göstərim.
- Milli komandaya uyğunlaşmağın çətin olmadı?
- Yox, burada bir ailə kimiyik. Hamı yeni gələn futbolçulara dəstək olurlar ki, tez uyğunlaşaq. Ona görə də ciddi bir problem olmadı.
- Foqtsla söhbətin olubmu?
- Bəli, bir dəfə təkbətək söhbətim oldu və onda da mənə təlim-məşq toplanışı haqqında məlumatlandırdı.
- Sabahkı oyunda əsas məqsəd nədir?
- Əsas odur ki, yaxşı oyun göstərib və yaxşı nəticə qazanaq. Yəni, ən azından heç-heçə etməliyik.
- Mətbuatda yazılanlara görə, “Bakı” klubundan ayrılmaq istəyirsən?
- Yox, mənim hələ komandamla müqaviləm var və “Bakı”dan ayrılmaq haqda düşünmürəm.