Kanalesi Azərbaycandan iki klub istəyir

14:08 - 28 May 2014

Futbolçunun meneceri danışdı
 
2012-13 mövsümündə çempionatımızın bombardiri Nikolas Kanales yenidən Azərbaycana qayıda bilər.
 
Bu barədə futbolçunun meneceri Sportal.az-a açıqlamasında danışıb.
 
"Bildiyim qədər, Kanalesi Azərbaycandan iki komanda istəyir, amma mənə heç bir rəsmi təklif gəlməyib. Futbolçunu kistəyən komandaların adını çəkmək istəmirəm, yalnız rəsmi təklif gəldikdən sonra bu barədə ətraflı danışa bilərəm".
 
Qeyd edək ki, "Neftçi" sabiq futbolçusunu geri qaytarmaqda israrlıdır.

Xəbər xətti