Sportal.az xəbər verir ki, oyunu izləməyə gələn azərbaycanlı tələbələr stadionda yalanla üzləşiblər. "Azadlıq" qəzetinin hazırda Birləşmiş Ştatlarda olan Natiq Ədilov “facebook” hesabında bildirib ki, Çikaqodan gələn 10 tələbə aldadılıb.
"Çikaqodan gələn 10 tələbə ilə tanış oldum.
Bir ciddi məsələ var, xahiş edirem jurnalist dostlar bu məqama diqqət ayırsınlar.
Deməli, bu adamlara vəd ediblər ki, gəlin futbola biletiniz bizdən olacaq, pulsuz. Adamlar 450 dollar təyyarə biletinə pul xərcləyib gəliblər, bilet soruşanda [onlara] deyiblər ki, yoxdu!
Adamlar özləri 800 dollar xərcləyib futbola giriblər. Onlar bu 80 dollarlıq biletə pul xərcləməklərinə əsəbləşməyiblər, sadəcə aldanılmaqlarına acıqlıdılar.
Niyə bizi belə kobud qaydada aldadırlar, deyə sual edirlər"