Günay Yelmarqızı: "ABŞ – Azərbaycan oyununda ən böyük təşəkkür qapıçı Kamran Ağayevə düşür"
Tanınmış teleaparıcı, hazırda ABŞ-da olan "Lider TV"nin əməkdaşı Günay Yelmarqızı dünən keçirilmiş ABŞ – Azərbaycan oyunu barədə düşüncələrini "facebook" səhifəsində bölüşüb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı canlı izləyən teleaparıcı qapıçı Kamran Ağayevi xüsusi fərqləndirib::
“ABŞ – Azərbaycan oyununda ən böyük təşəkkür qapıçı Kamran Ağayevə düşür. Demək olar ki, qarşılaşmada biz tərəfdən ən yaxşı çıxış edən şəxs qapıçı idi. Sevindirici məqam odur ki, yerli azarkeşlər və futbolçular Azərbaycana güclü rəqib kimi yanaşırdılar. Təəssüfləndirici məqam odur ki, Amerika kanalı bizə biganə yanaşdı. İstənilən halda, 0:2 hesablı məğlubiyyət faciə deyil. Millimizə uğurlar
saytlarin hazirlanmasi