"Qəbələ" və "Neftçi" məğlub oldu, "Anderlext" "Lokomotiv"lə bacarmadı YENİLƏNİB

21:49 - 29 May 2014

"Qəbələ" "Udineze"ni məğlub etdi
 
Bu gün  15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ kuboku turnirinə start verilib.

Sportal.az xəbər verir ki, Qəbələdə keçirilən yarışda 8 komanda iştirak edir.

Komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda “Qəbələ”, “Fənərbağça”, “Udineze” və “Liverpul”, B qrupunda isə “Neftçi”, “Anderlext”, “Rapid” və “Lokomotiv” münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları bu gün  və sabah, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.

"Qəbələ" ilk oyununda "Udineze" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. "Anderlext" isə "Rapid"i məğlub edib - 3:1. "Qəbələ" axşam saatlarında "Fənərbaxça" ilə üz-üzə gələcək. "Neftçi" isə əvvəl "Lokomotiv", daha sonra "Rapid"lə qarşılaşacaq.


 

29 may

Qrup mərhələsi

I tur

A qrupu

"Qəbələ" - "Udineze" 1:0
Qol: Cavidan Qasımlı, 12

11:30. "Fənərbağça" - "Liverpul" 1:0
Qol: Berkay Sefa Yıldırım, 30


B qrupu

10:00. "Rapid" - "Anderlext" 1:3

11:30. "Neftçi" - "Lokomotiv" 0:2
Qol: Boqdan Zorin, Sergey Pavlenko


II tur

A qrupu

19:00. "Qəbələ" - "Fənərbağça" 0:3

20:30. "Udineze" - Liverpul" 1:0


B qrupu

19:00. "Rapid" - "Neftçi" 2:1

20:30. "Anderlext" -"Lokomotiv" 2:2

Xəbər xətti