"Udineze"ni yıxan futbolçu danışdı: "Hədəf "Fənərbağça"dır!

11:20 - 29 May 2014

"Oyuna çox yaxşı hazırlaşmışdıq"

 

Xəbər verdiyimiz kimi, bu gün 3-cü “Qəbələ Kup” start götürüb. Açılış oyununda “Qəbələ” Udineze ilə qarşılaşıb. “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda yeganə qolun müəllifi Cavidan Qasımlı olub.

 

Oyundan sonra Sportal.az saytının Qəbələyə ezam olunmuş əməkdaşı üçün danışan Qasımlı qrupdan çıxmaq arzusunda olduqlarını bildirib: “Biz bu oyuna çox yaxşı hazırlaşmışdıq. Məqsəd qələbə idi və bunu da qazandıq. Amma 1 oyunla heç nə bitmir. İnşallah , axşam “Fənərbağça”nı da məğlub edib, qrup mərhələsindən çıxacağıq. Mümkün qədər irəli getmək barədə düşünürük”.

 

Qeyd edək ki, Cavidan futbolda ilk addımlarını İmişli şəhərində atıb.

Xəbər xətti