"Qəbələ"nin təbliğat işləri ilə məşğul olan insanlar bu sahədə AFFA-dakılardan daha səviyyəli iş görürlər"

11:50 - 29 May 2014

"Elxan Məmmədovu başa salın ki…"

 

Bu gün ölkəmizdə həm Gabala Cup, həm də Caspian Cup turnirlərinə start verilib. Heç kimə sirr deyil ki, futbol ictimaiyyəti daha çox Qəbələdəki turnirə maraq göstərir.

 

Jurnalist Emin Abbasov bununla bağlı facebook profilində fikirlərini bölüşüb. Həmin statusu təqdim edirik:

 

“Demək olar ki, hər il eyni mənzərə olur. Jurnalistlərin böyük əksəriyyəti Qəbələyə (Gabala Cup) yollanır. Futbol ictimaiyyətinin diqqəti də bu turnirə yönəlir. İlin bu dönəmində AFFA da bir turnir (Caspian Cup) keçirir. Mərdəkanın boş tribunaları qarşısında keçirilən bu yarış çox sönük keçir. Tək-tük adamların izlədiyi bu oyunlar heç bir mənzərə yaratmır. Görünən odur ki, "Qəbələ"nin təbliğat işləri ilə məşğul olan insanlar bu sahədə AFFA-dakılardan daha səviyyəli iş görürlər. Elxan Məmmədovu başa salın ki, bu vəziyyətdə Caspian Cup-ın keçirilmə vaxtını dəyişmək daha məqsədəuyğundur. Və ya bunu "Qəbələ"dən xahiş etmək lazımdır”.

Xəbər xətti