Tale Heydərov: "Bu, Qəbələyə xüsusi bir canlanma, rəngarənglik gətirir"

11:55 - 29 May 2014

"Ümid edirəm ki, bu bayram "fair-play" qaydaları çərçivəsindən kənara çıxmayacaq, tamaşaçılara unudulmaz zövq verəcək"
 
"Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov "III Qəbələ Kuboku" haqda fikirlərini bildirib.
 
Sportal.az Heydərovun fikirlərini diqqətinizə çatdırır:
 
"Artıq ənənə halını almış “Qəbələ Kuboku” yarışlarının sayca 3-cüsünü yaşayırıq. Doğma şəhərimizdə məhz sizləri görmək bizim üçün hər zaman xoşdur. İsti yay günlərində futbol ab- havası, idman qələbəliyi təbii gözəlliyi ilə hamını heyran edən Qəbələyə xüsusi bir canlanma, rəngarənglik gətirir.

“Qəbələ” İdman Klubunun yeniyetmə futbolçular üçün təşkil etdiyi bu turnir sadəcə futbol yarışı yox, həm də bir bayramdır. Ümid edirəm ki, bu bayram “fair-play” qaydaları çərçivəsindən kənara çıxmayacaq, tamaşaçılara unudulmaz zövq verəcək.

Siz- yeniyetmələr – meydançada göstərəcəyiniz gözəl oyunla, hər zərbə ilə, hər fint ilə, hər qurtarışla ünvanınıza alqışlar qazanmaqla yanaşı rəqibə, komanda yoldaşlarınıza, hakimlərə, məşqçilərinizə, tamaşaçılara hörmət bəsləməli və bununla da idmanın ən ali- dostluq və sülh prinsiplərini uca tutmalısınız. İstər meydançada, istərsə də meydançadan kənarda göstərəcəyiniz alicənablıq peşəkarlığa doğru atdığınız bu önəmli addımları daha da sürətləndirəcək.

İnanıram ki, “III Qəbələ Kuboku” hər birinizin yaddaşlarında həm gərgin idman mübarizəsi, həm də “fair-play”in qələbəsi kimi dərin iz buraxacaq.

Sizlərə uğurlar arzulayır və hər birinizi gələcəyin peşəkar futbolçusu kimi görməyə ümid edirəm

Xəbər xətti