Paytaxtın eyniadlı təmsilçisi – “Bakı” klubu 10 dəfə penalti vurmaq hüququ qazanıb. Bunlardan 8-ni qola çevirən “zolaqlılar” hər iki göstərici üzrə çempionatın lideridir. Qeyd edək ki, bu qollardan 5-i komandanın hücumçusu Əfran İsmayılovun aktivindədir.
“Rəvan” klubu mövsümdə yalnız bir dəfə penalti hüququnu qazansa da, ondan maksimum istifadə edə bilib. Xuan Manuel Varea 34-cü turun “Simurq”la oyununda komandasına qələbə gətirən qolun müəllifi olmuşdu.
“Xəzər Lənkəran” isə 6 dəfə penalti vurmaq hüququ qazansa da, cəmi 2 dəfə rəqib qapıçılarını məyus edə bilib. Cənub təmsilçisinin heyətində Elias Ribeiro və Dejan Blajevski dəqiqliyi ilə seçilib. Junior Nildo 2 dəfə, Etame Mbilla və Dejan Blajevski isə hərəyə bir dəfə penaltini qeyri-dəqiq yerinə yetiriblər.