"Liverpul"a qol vuran "Fənərbaxça"lı Sportal.az-a danışdı: "Rəqibimizin oyununu izləmişik"

14:48 - 29 May 2014

Berkay: "Qəbələ" ilə oyunda dostluq qazansın"
 
"İlk oyunda qalib gəldiyimiz üçün xoşbəxtəm. Bura gəlməyimizin əsas məqsədi yaxşı oyun göstərib zövq almaqdır.  Amma çempion olmağı da istəyirik. "Liverpul"la oyunda ilk hissə istədiyimiz oyunu göstərə bilmədik, amma ikinci hissə daha çox top saxladıq və lazım olan qolu vurub qələbə qazandıq"
 
Bu sözləri Sportal.az-a açıqlamasında "III Qəbələ Kuboku"nda "Liverpul"a qol vuran "Fənərbaxça"nın hücumçusu Berkay Sefa Yıldırım bildirib. O, turnir haqqında da öz fikirlərini dilə gətirib:
 
"Bura ilk dəfədir ki, gəlirəm. Gözəl yerdir, insanları da çox mehribandır. Axşam "Qəbələ" ilə matçımız var. Bu oyunda dostluq qazansın(gülür). Rəqibimizin oyununu izləmişik və oyuna tam hazırıq"

Xəbər xətti