Fariz Nəcəfov: "Namizədlərdən biri bu gün cavab verməlidir"
Xəbər verdiiymiz kimi, Yuri Syominin "Qəbələ"dən getməsindən sonra əyalət təmsilçisində baş məşqçi postu hələ də boşdur.
Klubun vitse-prezidenti Fariz Nəcəfov bu barədə son məlumatı Sportal.az-a açıqlamasında bildirib:
"Baş məşqçilərlə bağlı əlavə məlumat verə bilmirəm. Çünki, ikisindən biz təklif gözləyirik, digər ikisi də bizdən gözləyir. Cavab gözlədiklərimiz razılaşmağa daha yaxındır. Əcnəbi mütəxəssislərdir. Qazzayev, Şenol Günəşin adı hallandı, bunlar düzgün deyil. Namizədlərimiz Şərqi Avropadan, MDB ölkələrindəndir.Türk mütəxəssislər deyil. Qısa zamanda həll olunacaq. Çünki, bizim vaxtımız da yoxdur. Namizədlərdən biri bu gün cavab verməlidir. Çox güman ki, cavab veriləndən onra bura dəvət edəcəyik, klub prezidenti ilə görüşəcək. Bəzi məsələlərdə razılığa gəlsək də, yerində izləmək istədiyini bildirib. İşləri göz qabağında olan mütəxəssislərdir".
saytlarin hazirlanmasi