"Lokomotiv"ə məğlub olan "Neftçi"nin baş məşqçisi: "Səhvlərimizdən nəticə çıxaracağıq"

15:22 - 29 May 2014

"Bu gün "Rapid"in oyununa baxdım, orta səviyyəlidir, udmaq olar"
 
Bu gün "III Qəbələ Kuboku"nda Rusiya "Lokomotiv"i "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.
 
Oyundan sonra "Neftçi"nin baş məşqçisi Ramil Həbibov öz fikirlərini Sportal.az-a açıqladı:
 
"Hücum xəttində problemlərimiz var. Qol vura bilmirik.Siz özünüz də gördünüz ki, oyunda üstünlük bizdə idi, topla daha çox oynayırdıq, topa nəzarət edirdik, ancaq, qol vura bilmirdik. Vurmaq lazım idi. Belə alındı. İnşallah səhvlərimizdən nəticə çıxaracaıq. Uşaqlar heç vaxt belə turnirdə iştirak etmədiyi üçün, həyəcanlı idilər. İnşallah axşam "Rapid"ə qarşı daha inamlı oynayarıq. Rəqib "Lokomotiv"in heç məşqini də izləyə bilmədik. Çünki, gecə gəlmişdilər. Yaxşı komandadır. Uzun ötürmələrlə oynayırdılar. Həmdə futbolçuları ucaboy idi. Amma, bu gün "Rapid"in oyununa baxdım. Orta səviyyəlidir. Udmaq olar. Elə də güclü deyil."

Xəbər xətti