Hacı İbrahim 1,5 milyonluq futbolçu aldı

17:18 - 29 May 2014

Azərbaycan klubuna Braziliya və İspaniyadan futbolçular transfer edilib
 
İş adamı, “İbrahim Nehrəmli” kimi tanınan “Avesta” konserninin prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim İbrahimov sahibi olduğu “Khazar İslands” (“Xəzər adaları”) futzal klubuna Braziliya və İspaniyadan ümumilikdə 12 futbolçu alıb.

Sportal.az xəbər verir ki, bu barədə Publika.az-a İbrahim İbrahimov məlumat verib.

Futbolçulara 1,5 milyon manat sərf etdiyini vurğulayan Hacı İbrahim yayda komandanın yeni heyətində sözügedən futbolçuların yer alacağını söyləyib:

“Çalışacam ki, Azərbaycanda futzal komandaları arasında “Khazar İslands” klubu ən öndə gedəni olsun. Bunun üçün əlimdən gələni edəcəm. Komandanın inkişafı üçün hər şey edəcəm”.

Xəbər xətti