Məsələ burasındadır ki, Kamran Quliyevin bu qolu “Qəbələ”nin qrupdan çıxmaq şansını saxlayıb. Bunun üçün “Fənərbağça”nın “Udineze”yə uduzmaması lazımdır.
“Liverpul” ilə oyundan sonra Sportal.az-a danışan Quliyev bunları dilə gətirib:
“Bizim üçün çətin oyun oldu. Mübarizə apardıq, uduzmadıq. Qol vurduğuma görə sevinirəm. Amma bu qolu komanda yoldaşlarıma borculuyam. Bizim üçün minimum hədəf qrup mərhələsini keçməkdir. İndi işimiz “Fənərbağça”dan asılıdır. Bizim mərhələ adlamağımız üçün “Fənər”in “Udineze”yə uduzmamsı kifayətdir”.
Kamran Quliyev bildirib ki, U-15 komandasında oynasa da, hələ 15 yaşı yoxdur: “Mənim hələ 14 yaşım var. Buna görə də mənim üçün əvvəl özümdən yaşca böyüklərlə oynamaq çətin idi. Amma təlim-məşq toplanışlarından sonra buna alışdım. Biz çalışırıq ki, rəhbərliyin ümidlərini doğruldaq”.