"10 nömrə ilə çıxış edən Pilağa Mehdiyev artıq mənim rəhbərlik etdiyim komandada olmayacaq. Getsin özündən yaşca böyüklərin komandasında oynasın. Mən onu artıq öz komandamda görmək istəmirəm. Mən ondan xeyli narazıyam. 5 yaşından mən onu bu yerə gətirib çıxarmışam. 1998 və 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında oynayıb. Dünən oyunda o bilirdi ki, U16 millinin heyətinə gedir, matçı sanki çantası çiynində oynadı. Mənə ancaq çalışan uşaqlar lazımdı. Kimlər ki, "vuruşur", onlar oynasın."
Məlumat üçün qeyd edək ki, Pilağa Mehdyev 2 il bundan əvvəl (U13), Azərbaycan millisinin bombardiri olub və AFFA tərəfindən mükafatlandırılıb.