Ronaldo hökümətə meydan oxudu

15:15 - 30 May 2014

"İnanmıram ki, FİFA bundan sonra nə vaxtsa dünya çempionatının yenidən Braziliyada keçirilməsinə razılıq versin"
 
Braziliya milli komandasının sabiq üzvü Ronaldo dünya çempionatının təşkilatı ilə bağlı iradlarını bildirib.
 
Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu ölkəsinin mundiala 30 faiz hazır olduğunu deyib:
 
“Ölkənin iqtisadı durumu yaxşı deyil. İnsanların çoxu yoxsul vəziyyətdə yaşayır. Hökümət dünya çempionatının Braziliyada keçirilməsinə razılıq verəndə, ölkədə iqtisadı vəziyyətin yaxşılacağına söz vermişdi. Ancaq biz bunu görmürük. Əksinə hər şey günü-gündən bahalaşır.
 
İş adamlarının mundialla bağlı ölkəyə etdiyi yatırımların da bir xeyiri olmayıb. Mənim həmin iş adamlarına yazığım gəlir. Onlar burada çox şeylər qazana bilərdilər. FİFA rəhbərliyi də hökümətin verdiyi vədə xilaf çıxdığını gördü. İnanmıram ki, FİFA bundan sonra nə vaxtsa dünya çempionatının yenidən Braziliyada keçirilməsinə razılıq versin”.           

Xəbər xətti